Qarın divarı yırtıqlarının ən təhlükəli halı "boğulmuş yırtıq"dır. Sadə yırtıq əməliyyatları xəstə və həkimi üçün nə qədər asan və problemsizdirsə, boğulmuş yırtıq əməliyyatları da bir o qədər çətin və risklidir.

Təcili cərrahi əməliyyat sayılan boğulmuş yırtıq əməliyyatı ilə ən uyğun şərtlərdə-elektiv olaraq aparılan normal yırtıq əməliyyatları aşağıda müqayisə edilmişdir:

Boğulmuş yırtıq əməliyyatı

Elektiv yırtıq əməliyyatı

Ani meydana çıxır və təcili olaraq aparılır

Ən uyğun zamanda həyata keçirilir

Xəstə 3-4 gün xəstəxanada yatmalıdır

Xəstə eyni gün xəstəxanadan çıxa bilir

Maliyyəti yüksəkdir və dəqiq deyil.

Maliyyəti azdır.

Ağırlaşma riski yüksəkdir.

Ağırlaşma riski çox azdır.

Yamaq ilə bərpa çox vaxt risklidir

Bərpa yamaq ilə gərdirmədən həyata keçirilir.

Bağırsağın bir bölümünü çıxarmaq lazım gələ bilər.

Qarnın içinə girməyə belə ehtiyac yoxdur.

Qarın divarındakı dəlikdən xaricə doğru çıxan bağırsaq, öz oxu ətrafında dolaşdığı zaman bir daha qarnın içinə geri girməsi çətinləşə bilər. Əvvəllər kürək üstünə yatdığı zaman və ya əl ilə içəriyə doğru salındığı zaman qarnın içinə girən bir yırtığın, uzanmaqla və ya əl vasitəsilə yox olmadığı hallarda "boğulmuş" yırtıq haqqında danışa bilərik: I MƏRHƏLƏ.

bogulmusfitikBoğulmuş yırtığın ilk semptomu yırtıq şişliyinin artıq yox olmamasıdır. Bir neçə saat sonra yırtıq nahiyəsində ağrı başlayır. Xəstə bir həkimə müraciət etmədiyi halda bağırsaq keçidi də duracağına görə xəstə altdan böyük tualetə çıxa bilmir. Bununla əlaqədar olaraq xəstənin ağrıları kramp şəklində bütün qarına yayılır: II MƏRHƏLƏ.

Xəstənin xəstəxanaya getmək istəməməsi hallarında dar bir dəlikdə sıxışmış vəziyyətdə olan bağırsaqda qan dövranı pozulmağa başlayır. Bu bağırsaq qanqrenasına səbəb olur. Bu mərhələdə xəstədə leykositlərin sayı artır və ağrısı şiddətlənir: III MƏRHƏLƏ

Xəstənin belə halda da müalicə almaması zamanı qanqrena olmuş bağırsaq nahiyəsi deşilir və qarnın içində yayılmış peritonit meydana çıxır. Xəstənin qızdırması qalxır, ümumi vəziyyəti ağırlaşır və sepsis yarandığına görə ölüm baş verir: IV MƏRHƏLƏ. Bu gün artıq IV mərhələdə olan xəstələrə böyük şəhərlərdə rastlanmır.

Belə bir təhlükə ilə qarşı-qarşıya qalmamaq üçün ən qısa zamanda yırtıq əməliyyatı həyata keçirilməlidir.

 

Comments  

 
0 #1 profile 2018-11-01 20:06
Need cheap hosting? Try webhosting1st, just $10 for an year.

Quote
 

Add comment


Security code
Refresh