Yamaq ilə müasir bərpa metodları

gerdirmesizYırtık, qarın divarında bilinən mənada bir yırtıqdır və müalicəsi də bu yırtığın fiziki olaraq bərpasıdır. Keçmiş illərdə bu bərpa, yırtılan yerin tikilməsi şəklində həyata keçirilirdi, ancaq bu metodun müvəffəqiyyət səviyyəsi çox aşağı idi. Bu gün sintetik yamaqlar müvəffəqiyyətlə istifadə edilir.

Köhnə üsuldakı yumşaq toxumalarin tikilməsi zamanı açılan kiçik iynə dəlikləri,  qarın divarında yeni zəif nöqtələr əmələ gətirirdi. Tikişlə bərpa edilən xəstələrdəki bu zəif nöqtələr müəyyən zaman müddətində yenidən baş qaldıran yırtıqlar şəklində qarşımıza çıxırdı. Bu gün müasir yırtıq müalicəsində yamaq ilə bərpa metodu bu problemləri aradan qaldırmışdır.

Yamaq istehsalı texnikası çox inkişaf etmişdir. Son 10 ildir ki, yırtıqlarda ilk tətbiq edilən müalicə yamaq ilə bərpa metodudur. Bunun səbəbi, yeni texnologiya ilə istehsal edilən yamaqlarda ağırlaşma riskinin çox az olması və yamaq ilə bərpa edilən yırtıqların çox az hallarda yenidən açılmasıdır. Yamaq ilə bərpa metodu, toxumalara çox uyğun olan yamaqların istehsalı ilə sürətlə yayılmış və dünyada rəğbət görmüşdür.

Hansı yamağın istifadə ediləcəyi, hansı təbəqələrin arasına yerleşdiriləcəyi və yamağın nə formada tutdurulacağı yırtıq cərrahiyəsinin 3 vacib suallarıdır.

Yamaq ilə bərpa metodu, yamağın yerləşdirildiyi təbəqəyə görə: onlay, sublay və inlay olaraq adlandırılır. Onlay əzələnin üstünə, sublay əzələnin arxasına, inlay isə bilavasitə qarnın içinə yerləşdirilməlidir. Düzgün yamağın seçilməsi, müvəffəqiyyətli yırtıq əməliyyatı üçün kifayət deyildir, yamaq düz yerə yerləşdirilməlidir. Yamağın əzələ önünə onlay qoyulması bərpanın nisbətən zəif olmasına səbəb olur, buna görə də yamağı mümkün olduğu qədər əzələnin arxasına qoymaq lazımdır.

Yamaqlara xəstənin ehtiyacına görə əməliyyatxanada forma verilə bilər və ya müxtəlif ölçü və formalarda hazır olaraq alınıb istifadə edilə bilər. Hər xəstə üçün uyğun olan yamağın, cərrahi metodun və anesteziya metodunun seçilməsi müalicənin müvəffəqiyyəti baxımından çox vacibdir. Yamaq ilə bərpa üsulunda yamaqlar yırtığın olduğu yerə açiq və bağlı metodlar vasitəsilə yerləşdirilə bilər.


Müasir yırtıq cərrahiyəsinin məqsədi rahat və etibarlı metod vasitəsilə yırtığı birləşdirmək, ən qısa müddət ərzində xəstənin iş qabiliyətini geri qaytara bilməkdir. Əməliyyatdan sonrakı dövrün ağrısız olması, ağırlaşma ehtimalının az olması, yenidən yırtıq əmələ gəlməsi ehtimalının az olması bu metodun üstünlükləridir. Bu üstünlüklər sayəsində xəstənin iş qabiliyyətini itirdiyi müddət daha qısa olacaqdır.

Sublay bərpa – Yamaq əzələ arxasında

AÇIQ METOD

acikfitikAçıq metod və ya digər adı ilə klassik metod ilə yırtığın çıxdığı sahəyə uzun bir kəsik atılır. Qarın divarındakı yırtığa çatdıqdan sonra buradan xaricə çıxan orqanlar içəriyə doğru salınaraq qarnın içindəki normal yerlərinə yerləşdirilir. Yırtığın diametrinə görə uyğun ölçüdə bir yamaq qarın divarına əzələlərin arxasında yerləşdirilir. Bu sahə içəridən təzyiq ilə artıq açılmayacaq şəkildə gücləndirilmiş olur.

Açıq üsulun üstünlükləri:

  • Açıq əməliyyatda xəstəyə ümumi anesteziya vermək vacib deyil, hər cür anesteziyanın köməkliyi ilə həyata keçirilə bilər: Lokal anesteziya, spinal/epidural anesteziya və ya ümumi anesteziya. Anesteziyanın bu müxtəlifliyi hər yırtıq xəstəsinin əməliyyat edilməsinə imkan verir.
  • Açıq əməliyyat maddi baxımdan bağlı əməliyyat ilə müqayisədə 20-50% daha ucuzdur. Maddi baxımdan sərfəli olmasından başqa hər xəstəxanada asanlıqla tətbiq edilə bilməsi kimi üstünlüyü vardır. Çünki, çox pul xərcləməyə ehtiyac qalmayacaq.
  •  Bütün cərrahlar tərəfindən həyata keçirilə bilər, xüsusi bir cərrahi uzmanlıq və ya təcrübəyə ehtiyac yoxdur.
    Açıq və bağlı metodların hər ikisində də xəstəliyin yenidən yaranma riski çox azdır: təxminən 1%-dir.
    Açıq əməliyyat, bir tərəfli qasıq yırtıqlarında, işə qayıtmağa tələsməyənlərdə və ya təqaüdçülərdə, maddi faktorun önəmli olduğu hallarda həyata keçirilməlidir. Ayrıca ümumi anesteziya alması qadağan olan xəstələrdə də açık metoddan istifadə edilir.

BAĞLI ƏMƏLİYYAT

kapali08









Laparoskopik əməliyyat digər adıyla bağlı əməliyyat, qazla şişirilmiş boşluqda, qarın divarına açılan çox kiçik dəliklərdən salınan incə uzun alətlər ilə aparılan cərrahi əməliyyatdır. Laparoskopik yırtıq əməliyyatı sadəcə aşağıdakı kimi həyata keçirilir: İlk açılan təxminən 1,5 sm genişliyində olan dəlikdən içəriyə bir qaz (CO2) verilərək bir boşluq yaratılır və eyni yerdən içəriyə kamera salınır. Sonra isə açılan 0,5 sm-lik 2 kiçik dəlikdən içəriyə salınan əl cihazları ilə yamaq yırtığın olduğu yerə yerləşdirilib kənar künclərindən tutdurulur.

Bağlı əməliyyat üsulu; iki tərəfli yırtıqlarda, ikinci tərəfdə yırtıq olma ehtimalı olanlarda, işinə tezliklə davam etmək istəyənlərdə, professional idmançılarda, davamlı olaraq idmanla məşğul olanlarda, işində fiziki gücə ehtiyacı olanlarda, təkrarlanan yırtıqlarda İDEALDIR !

Bağlı əməliyyatlar həm qasıq yırtıqlarında, həm də göbək və kəsik yeri yırtıqlarında müvəffəqiyyət ilə tətbiq edilə bilər.

Göbək və göbək ətrafı yırtıqlarında əməliyyat qarnın içindən aparılır. Qaz qarnın içinə doldurulur, qarın boşluğu şişirilir və göbək yırtığının çıxdığı dəlik qarnın içindən yamaq ilə bağlanır. Bağlı qasıq yırtığı əməliyyatlarında isə qarın boşluğunun içinə girilmir. Qarın divarı təbəqələri arasında əmələ gətirilən bir yalançı boşluq qazla şişirilir və əməliyyat orada həyata keçirilir. Qarnın içinə müdaxilə etmədən aparılan və bu səbəblə üstünlükləri olan bu bağlı əməliyyata TEP (Totally ExtraPeritoneal) metodu deyilir.

Bağlı metodun üstünlükləri: Kiçik dəliklərdən istifadə edilərək aparılır. Kəsiyin qısa olması, yaranın tez sağalmasına kömək edir. Infeksiya, əməliyyatdan sonrakı erkən və daha sonrakı dövrlərdə ağrı, xronik dəri həssaslığına daha az rastlanır. Kəsiklərin kiçik olması kosmetik baxımdan da bu metodun üstünlüklərindən biridir. Qısa müddət sonra əməliyyat kəsiklərinin yerini tapmaq belə mümkün olmur.

Bağlı əməliyyat zamanı həm sağ-həm sol, həm iki qasıq kanalını da görmə imkanı vardır.

Məsələn, ikinci tərəfdə də yırtıq olması şübhəsi varsa, əməliyyat zamanı digər tərəfi də yoxlamaq mümkündür. Üstəlik eyni dəlikdən hər iki tərəfi yamamaq mümkündür.

İki tərəfli qasıq yırtıqlarında laparoskopik metod daha çox üstünlüyə sahibdir. İki tərəfli bərpa əməliyyatının açıq metodla aparıldığı zaman çox toxuma zədələnməsi və yaranın ağırlaşması riski vardır. Bənzər formada bağlı olaraq aparılan göbək və göbək ətrafı yırtıqların əməliyyatlarında birdən çox yırtıq dəliyi varsa, içəridən hamısını görmək və yamaq ölçüsünü ona görə tənzimləmək mümkündür.

Qadınlarda bağlı metod daha etibarlıdır, yenidən yırtıq olma riski çox azdır. Açıq metodda femoral dəlik bağlanmır. Qadınlarda femoral yırtıqlar daha tez-tez rastlandığına görə, qadınların yırtıq bərpasını bağlı metodla həyata keçirmək daha etibarlıdır.

Bağlı metoddan sonra isə, xəstələr sosial həyata və idmana daha tez dönə bilirlər. Bağlı metod, masa arxasında işləyənlər də daxil olmaqla, işin çətinliyi ilə düz mütənasib olaraq ciddi üstünlüklərə sahibdir; xüsusilə idmançılar və bədəni ilə işləyənlər üçün ideal bir metoddur.


Təkrarlanan yırtıqlar bağlı metod ilə, daha əvvəlki əməliyyat sahəsinə heç girmədən,  arxa tərəfdən bərpa etmək mümkündür. İlk əməliyyat acıq metod ilə aparılmışsa, sahənin original anatomiyası pozulduğuna görə bu hallarda açıq metod texniki çətinliklər yaradır və ağırlaşma riskinə sahibdir. Yəni təkrarlanan yırtıqlarda da bağlı metod daha müvəffəqiyyətlidir.

Bağlı metodun uzun müddət keçdikdən sonrakı nəticələri də alınmışdır: Klinik təcrübələrdə bağlı metodun ən az açıq metod qədər müvəffəqiyyətli olduğu və üstəlik ağırlaşmalar baxımından açıq metoddan daha üstün olduğu müəyyənləşdirilmişdir.


YAMAQLAR

yamaYamaq ilə bərpa, həm əməliyyatdan sonra xəstənin rahatsızlığını, həm də yırtığın yenidən təkrarlanması riskini çox azaldır; beləliklə, yırtıq müalicəsində ən vacib dəyişiklik, yamaq vasitəsilə gərdirməsiz bərpa metodunun tapılmasıdır. Bu bərpada, istər açıq üsulla, istər bağlı üsulla həyata keçirilməsinə baxmayaraq, hər halda yamağa ehtiyac vardır. Əslində yırtıqların bərpasında yamaqdan istifadə olunması təxminən 100 ildir ki düşünülürdü, ancaq əsas problem, ideal yamaq materialının tapılmaması idi. Bu məqsədlə insanın öz bədənindən alınan toxumalar istifadə edildi, amma kifayət qədər dayanıqlı olmadığı müəyyən edildi. Süni yollarla əldə edilən materialın rahatlıqla istifadə edilə bilən vəziyyətə gətirilməsi və istehsalı, ancaq bu günün texnikası ilə mümkün olmuşdur.

İdeal yamağın xüsusiyyətləri:

  •  İstifadə olunan sahədəki mayelərin fiziki təsirinə dayanıqlı olmalıdır.
  • Kimyəvi olaraq inert olmalı, reaksiyaya girməməlidir, amma eyni zamanda keçirici olmalı və içində sağlam toxumaların inkişafına yol verilməlidir.
  • Yad cisim reaksiyası yaranmamalı və allergiya baş verməməlidir.
  • Mexaniki gərilməyə qarşı dözümlü olmalıdır. Qarın içindəki təzyiqin ani artışlarında və ya xaridən gələn hər hansı güclərin təsiri altında partlamayacaq, yırtılmayacaq və kiçilməyəcək qədər dayanıqlı olmalıdır. Eyni zamanda da, xəstəni narahat etmeyecek dərəcədə əsnək olmalıdır.
  • İstehsal edildiyi zaman lazım olan forma verilə bilməli, istifadə olunduğu müddət ərzində kəsilmə və tikilmə zamanı cırılmamalı və dağılmamalıdır.
  • Sterilləşdirilə bilməlidir.
  • Qiyməti uyğun və asanlıqla təmin edilə bilən olmalıdır.

yama02Bu günün şərtləri altında yamaq istehsalı texnikası, bütün şərtləri təmin edə biləcək, hətta cərrahlara müxtəlif variantlar tətbiq etmə şansı verə biləcək səviyyəyə qədər inkişaf etmişdir.

Forma olaraq düz (flat) və 3 ölçülü olaraq ayrılır. Düz yamaqlar müxtəlif ölçülərdə dördkünc formada istehsal olunmuşdur və əməliyyat zamanı cərrah yırtığın sahəsinə uyğun ölçüdə forma verərək, kəsib hazırlayaraq istifadə edir. Bundan başqa, istifadə edilən sahəyə görə özəl forma verilərək müxtəlif ölçülərdə hazırlanan və paketlənmiş olaraq satılan düz yamaqlar da vardır. Bunlar sağ və sol ayrı olaraq emal edilmiş olaraq satılır. Bəzi cərrahlar hazır forma verilmiş olan yamaqları istifadə edir, bəziləri isə yamağı əməliyyat zamanı xəstənin ehtiyacına uyğun olaraq hazırlayır. Düz yamaqlardan başqa, 3 ölçülü olaraq istehsal olunmuş yamaqlar da vardır. Bunlar anatomik defektlərin formasına uyğun olaraq hazırlanmışdır və tıxac kimi yerinə yerləşdirilir. Laparoskopik qasıq yırtıqlarında istifadə olunmaq üçün hazırlanan anatomik yamaqlar da, 3 ölçülü yamaqlar arasında sayıla bilər.

yama06Yeni çıxan yamaqlar standart yamaqlardan fərqli olaraq, iki qatlı olaraq istehsal edilir. Bir üzündə ehtiyaca görə müxtəlif toxumalar vardır. Məsələn, bir üzündə toxumalara özü yapışan ayaqlar ProGrip yamaq, bir üzü bağırsaqlara dəyməsinə baxmayaraq yapışmayan Kompozit vasitəsilə qarnın içinə qoyula bilən yamaqlar belə yamaqlardır.

İstər açıq, istər bağlı metod ilə qoyulsun, istər hazır yamaq, istərsə də əməliyatxanada hazırlanan yamaq istifadə edilsin, hər halda yamaq ilə bərpa çox müvəffəqiyyətli nəticələr verir. Bu uğurun arxasındakı güc, yamağın qarın divarının iç hissəsinə qoyulmasıdır. İçəridən xaricə doğru təzyiqin artması, qarnın iç tərəfinə qoyulan yamağa təsir etməz.

  • Üç ölçülü tıxac
  • Anatomik məsh
  • Flat (düz) yamaqlar

 

Comments  

 
0 #2 profile 2018-11-02 14:39
Need cheap hosting? Try webhosting1st, just $10 for an year.

Quote
 
 
0 #1 profile 2018-11-01 12:55
Need cheap hosting? Try webhosting1st, just $10 for an year.

Quote
 

Add comment


Security code
Refresh