Yırtıq, qarın divarındakı yırtıqdan xaricə çıxan daxili orqanların, dəri altında bir şişlik yaratmasıdır. Şişlik bəzən yaranır və bəzən də yox olur. Xəstə ayağa qalxdığı zaman, öskürəndə və s. hallarda şişlik ortaya çıxır, kürək üstünə uzananda isə yox olur. Yatanda şişliyin yox olmasının səbəbi yırtıq kisəsinin içindəki orqanların qarın içinə qayıtmasıdır. Qarın divarında şişliyi əmələ gətirən daxili orqanlar, əsasən bağırsaqlardır. Yırtıqlar böyüdükcə şişliklər çox vaxt xaricə çıxmış vəziyyətdə qalır və xəstə rahatlamaq üçün yırtığı içəriyə doğru salmağa çalışır.

      fitiknedir06 fitiknedir05

Qarın divarı yırtıqları anadangəlmə və ya qazanılmış (sonradan yaranan kiçik bir nöqtədən əmələ gələ bilər) ola bilər. Qasıq yırtıqları, göbək yırtıqları və göbək ətrafı yırtıqları anadangəlmə olaraq kiçik bir nöqtədən yaranan yırtıqlardandır. Sonradan yaranan kiçik nöqtələr isə əməliyyat yerləridir. Əvvəl əməliyyat edilmiş yerdə ortaya çıxan yırtıqlara kəsik yeri yırtıqları deyilir. əvvəl əməliyyat keçirmiş insanlarda qarın içi təzyiqi ani olaraq artıran ağır qaldırmaq, xronik qəbizlik, öskürək, sıxınmaq kimi hallar, yırtığın əmələ gəlməsini və meydana çıxmasını asanlaşdırır.

YIRTIQ NİYƏ YARANIR

Qarın divarı yırtıqlarının təxminən 90%-i qasıq yırtıqlarıdır. Qasıq yırtıqları daha çox kişilərdə rastlanır. Bəzi qasıq yırtıqları doğuşdan sonra bağlanmalı olan qasıq kanalının bağlanmaması və ya həyat ərzində açılması nəticəsində ortaya çıxar. (birbaşa olmayan yırtıqlar). Bəzi qasıq yırtıqları qarın əzələsinin gərilməsi nəticəsində meydana gəlirlər ( birbaşa olan yırtıqlar). Göbək yırtıqları göbək çuxurunun içindən çıxan yırtıqlardır. Göbək çuxuru da qasıq kanalı kimi qarın divarının anadangəlmə olaraq zəif nahiyələrindən biridir. Göbək yırtıqlları daha çox qadınlarda rastlanır. Göbək ətrafı yırtıqlar nisbətən az rastlanır. Kəsik yeri yırtıqları əvvəlcədən əməliyat olmuş xəstələrdə, kəsik yerinin üstündə olur. Bütün qarın divarı yırtıqlarının müalicəsi cərrahidir.

Yırtıqların əmələ gəlməsini maşın təkərindəki şişməyə bənzədə bilərik. Maşının təkərinin üst hissəsi, qarın divarımızdakı güclü əzələlər; nazik iç təkəri isə bağırsaqlar kimidir. Ümumiyyətlə, təkərin üst hissəsi iç hissəsini qoruya biləcək və içəridə qalmasını təmin edəcək gücə sahibdir, ancaq bir zəif nöqtə yarandığı zaman iç təkər üst təkərə doğru şişir. Bu vəziyyət zəif bir qarın divarında yırtığın əmələ gəlməsinə oxşayır.

YIRTIQLARIN DİAQNOSTİKASI:

gobek02Sadə bir müayinə ilə hər həkim qarın divarı yırtığını anlaya bilər. Göbək və kəsik yeri yırtıqlarının diaqnostikası çox asandır.

Xəstələrin də böyük hissəsi özlərində yırtıq əmələ gəldiyini hiss edirlər.

Göbəyin içindən çıxan fındıq boyunda bir şişkinlik arada ağrı verə bilər. Kəsik yeri yırtıqları isə, əvvəlcədən əməliyyat keçirən xəstələrdə, əməliyyat izinin üstündə meydana gəlir. Yırtığın yaratdığı şişkinlik xəstə ayağa qaxdığı zaman və ya qarın içi təzyiqi artıran hərəkətlərlə daha çox gözə çarpır, kürək üstünə yatdığı zaman isə yox olur.

Qasıq yırtıqlarında isə xəstə qasıq nahiyəsində bir  şişkinlik olduğunu hiss edir. Bu şişkinlik ayağa qalxdığı zaman artır, uzandığı zaman yox olur. Ayrıca, xəstənin qasıq nahiyəsində ağrılar da ola bilər.

Qasıq, göbək və kəsik yeri yırtıqları, bəzi xəstələrdə qarın ağrıları və şişkinlik verə bilər. Yeməklərdən sonra ortaya çıxan bu ağrılar kramp kimi, amma az şiddətli olub, bəzən də qəbizlik ilə birlikdə müşahidı edilə bilər. Bu şıkayətlər bağırsaqların yırtıq kisəsi içində arada bir keçici olaraq sıxışması ilə ortaya çıxır.

Daha çox idmançılarda və ya atletik bədənə sahib olan xəstələrdə başlanğıc mərhələdə olan qasıq yırtıqları, şişlik olmadan sadəcə xroniki ağrı ilə meydana çıxa bilər: nöqtə yırtığı. Belə vəziyyətlərdə xəstənin qasıq nahiyəsinə ultrasəs ilə baxıb bağırsaqların yırtıq kanalına girib girmədiyi və ağrıya səbəb ola bilən başqa hər hansı bir patologiyanın olub olmadığı araşdırıla bilər. Idmançılarda rastlanan əzələ yırtıqları da ağrılı nöqtə yırtıqlardır, ancaq ultrasəs müayinəsi burada kifayət etməz, idmançı yırtıqlarının diaqnostikası üçün MR (Maqnetik Rezonans) müayinəsi aparılmalıdır.



Comments  

 
0 #1 profile 2018-11-01 15:05
Need cheap hosting? Try webhosting1st, just $10 for an year.

Quote
 

Add comment


Security code
Refresh